Valideynin və Dövlət babanın təhsildən gözləntisi niyə cavabsız qalır?- Etibar Əliyev yazır

Valideynin və Dövlət babanın təhsildən gözləntisi niyə cavabsız qalır?- Etibar Əliyev yazır
16 Avq 2025 14:26

Dövlət baba bir şagirdə hər il 1600-1700 manat civarında pul xərcləyir. İbtidai təhsil pilləsindən valideynlər uşaqlarını repetitor yanına göndərir. Təxminən ilə 5-6 min manat da valideyin xərcləyir. Dövlətin ayırdığı vəsait demək olar ki, səmərəsiz xərclənir. Dövlət 2025-2026-cı tədris ilində Tibb universitetinin “Tibb” ixtisasına dövlət sifarişi ilə qəbul olunan tələbəyə 9000 manat ödəyəcək. Ödənişli təhsilin 6.500 manat müəyyənləşdirilməsini nəzərə alsaq, əslində universitetə dövlət sifarişi ilə qəbul olunan tələbə daha çox sərf edir. Utanmadan Dövlət sifarişli yerlərin sayının artmasını uğurları kimi sırıyırlar.

Azərbaycan ağır müharibədən Zəfərlə çıxmış ölkədər. Müharibə fantastik məbləğdə maliyyə vəsaiti tələb edir. Bu ağır imtahandan çıxdıq. Qarabağımızda aparılan tikinti-quruculuq işlərinə böyük vəsait xərclənir. Biz bunu alqışlayırıq. Qarabağ universitetini, tikilən müasir məktəbləri, yaşayış evlərini, kommunikasiya strukturlarını görəndə fərəh hissi keçiririk. Ancaq Dövlət babanın təhsilə ayırdığı vəsaitin səmərəsiz xərclənməsi bizi narahat edir. Orta təhsilə ayrılan vəsait repetitor xidmətini azaltmaq əvəzinə daha da genişləndirib. Ali təhsilə gəldikdə hər tələbəyə ayrılan vəsaitin hesabına savadlı mütəxəssis hazırlanmalıdır. Tələb bu olmalıdır. Ali məktəbə qəbul olunan tələbəyə xərclənən vəsaitin şəxsin, yaxud dövlətin ödəməsindən asılı olmayaraq keyfiyyətli mütəxəssis hazırlanmasına Universitet rəhbərlərliyi cavadehlik daşımalıdır. Valideyinin də, Dövlət babanın da gözləntisi budur...Valideyn övladını, Dövlət isə pulunu Sizlərə etibar edir. Bəs siz nə edirsiniz?

Bizim dediyimiz sadə məntiq budur.

Etibar Əliyev, təhsil eksperti


Sizin reklam burada
Sizin reklam burada