Sürücülər üçün xəbər: Bağırov körpüsündə hərəkət məhdudlaşdırılır

Sürücülər üçün xəbər: Bağırov körpüsündə hərəkət məhdudlaşdırılır
17:40

“Bu gündən etibarən Bağırov yolötürücüsü üzərində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”. 

Bu barədə  News365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.   

Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.   

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.


Sizin reklam burada
Sizin reklam burada