Tramp Zelenski ilə görüşdən sonra açıqlama verib

Tramp Zelenski ilə görüşdən sonra açıqlama verib
18 Avq 2025 23:15

News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşün nəticələrinə əsaslanaraq Rusiya ilə üçtərəfli görüşə gətirib çıxaracaq razılaşmalara ümid etdiyini bildirib.

Tramp çıxışında deyib: “Mən bilmirəm, dünyada bu gün masanın ətrafında toplaşanlardan daha güclü insanlar varmı?”

O əlavə edib ki, Zelenski ilə görüşdən sonra hələlik danışıqların gedişindən razıdır. Tramp bildirib ki, Rusiya Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini qəbul edib və bu qərarı son olaraq Zelenski və Ukrayna xalqı qəbul edəcək.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, mümkün “ərazilərin mübadiləsi” və təmas xəttindəki ağır vəziyyət müzakirə olunacaq. O qeyd edib ki, ABŞ-ın iştirak etdiyi bütün müharibələrdən yalnız bu münaqişə hələ davam edir. 


Sizin reklam burada
Sizin reklam burada