Moskvada Moldovanın göndərdiyi kəşfiyyatçılar saxlanıldı

Moskvada Moldovanın göndərdiyi kəşfiyyatçılar saxlanıldı
10:40

Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları casusluqda şübhəli bilinən iki Moldova vətəndaşını saxlayıblar. Bu barədə yerli media Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.


Agentliyin məlumatına görə, şübhəlilər saxta sənədlərlə Rusiyaya ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş tapşırıqları yerinə yetirmək üçün gəliblərmiş.


Hər iki şübhəli əməllərini etiraf ediblər. Məhkəmə artıq onların barəsində həbs-qətimkan tədbiri seçib. FSB saxlanılanların Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə Moldova xüsusi xidmət orqanlarına işlədiyini vurğulayıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada