Monastrı "Qrad"la vurdular

Monastrı "Qrad"la vurdular
11:20

Ukrayna Silahlı Qüvvələri (VSU) təxliyyə prosesi zamanı "Donetsk Xalq Respublikası"ndakı Müqəddəs Uspenskiy Nikolay-Vasilievski monastırını qəsdən “Qrad” reaktiv yaylım atəşi sistemi ilə vurub. Bu barədə Rusiya mediasına monastırın ierodeakonu Diador məlumat verib.


O, iddia edib ki, ukraynalılar gözlənilən evakuasiya barədə əvvəlcədən məlumatlı olublar.

"İki-üç maşın, avtobus əsgərlərlə gələn kimi onlar bizi qradlar və raketlərlə vurmağa başladılar",- keşiş deyib.

Diadorun sözlərinə görə, avtobus sürücüsünə mülki şəxsləri aparmağı tapşırıblarmış. Lakin Ukraynanın atəşi altında insanlar gizləndikləri məkanlardan çölə çıxa bilməyiblər. Üç saatdan sonra atışma dayanıb və yaşlıları təxliyə etmək mümkün olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada