Misir Mərdanovun institutu ləğv olundu

Misir Mərdanovun institutu ləğv olundu
04 Apr 2025 12:48

Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

News365.az xəbər verir ki, sərəncama əsasən, bir sıra elmi-tədqiqat institutları birləşdirilib və onların bazasında yeni institutlar yaradılıb.

Birləşdirilən institutlar sırasına İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu da daxildir. Onların əsasında Riyaziyyat İnstitutu yaradılacaq.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutunun hazırkı direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur.


Sizin reklam burada
Sizin reklam burada