Rusiya qoşunları son zamanlar qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Konstantinopol və Boqatır qəsəbələri ərazisində irəliləyib. Bu barədə xarici KİV məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri Kuraxovo-Zaporojye avtomobil yoluna çata biliblər. O, Konstantinopolun qərbində yerləşir.
Bundan başqa, rus hərbçiləri "DXR"in Nadejdinka kəndi yaxınlığında gedən döyüşlərdə müəyyən uğurlar nümayiş etdirirlər. Jurnalistlər aydınlaşdırıblar ki, bu kənd Ukraynanın Dnepropetrovsk vilayətinin sərhədi yaxınlığında yerləşir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural