Mirzoyan və Kallas: Ermənistan-Aİ münasibətləri genişlənir

Mirzoyan və Kallas: Ermənistan-Aİ münasibətləri genişlənir
16:10

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş keçirilib.

News365.az xəbər verir ki, Tərəflər Ermənistan-Aİ münasibətlərinin dinamik inkişaf etdiyini qeyd edərək əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin regional və geosiyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada