Milli Məclisin 2026-ci il büdcə xərcləri azaldılıb

Milli Məclisin 2026-ci il büdcə xərcləri azaldılıb
10:28

Milli Məclisin 2026-cı il xərclər smetası əvvəlki illə müqayisədə azaldılıb.

News365.az-ın məlumatına görə, 2026-cı ildə ümumi xərclər smetası 52 milyon 74 min 310 manat olacaq. Bu rəqəm 2025-ci ildə 52 milyon 850 min 118 manat olub. 

Qeyd edək ki, bu rəqəm 2024-cü ildə 51 milyon 171 min 550 manat, 2023-cü ildə 55 milyon 794 min 109 manat, 2022-ci ildə isə 42 milyon 36 min 822 manat olub. 

Son 5 ildə ən yüksək xərclər smetası 2023-cü ildə qeydə alınıb.  


Sizin reklam burada
Sizin reklam burada