Məsuliyyətsiz ataya görə siçovullar körpəni diri-diri yeyəcəkdi

Məsuliyyətsiz ataya görə siçovullar körpəni diri-diri yeyəcəkdi
20 Sen 2024 11:50

ABŞ-də gənc ata səhlənkarlıqda günahlandırılaraq məsuliyyətə cəlb olunub. Onun məsuliyyətsizliyi ucbatından az qala siçovullar azyaşlı oğlunu diri-diri yeyəcəkmiş. Bu barədə Daily Mirror məlumat yayıb.

Nəşr yazıb ki, hadisə İndiana ştatında baş verib. Altı aylıq uşağından qan axdığını görən həmin şəxs hadisə yerinə polis və təcili yardım çağırıb. Həkimlər müəyyən ediblər ki, körpəni siçovullar təxminən 50 dəfə dişləyib. Gəmiricilə hətta körpənin barmaqlarını sümüyə qədər dişləyiblərmiş. Siçovullar körpənin üzündə, o cümlədən bədənində dərin yaralar buraxıblar.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Araşdırma zamanı ailənin antisanitar şəraitdə yaşaması məlum olub. Eyni zamanda, uşağın atası iki il ərzində şəhər rəhbərliyinin xəbərdarlığına məhəl qoymayıb. Kişiyə onun istifadə etmədiyi siçovul tələləri belə verilibmiş.

"Uşaq sağ qalıb və hazırda bərpa olma prosesi gedir. Ata isə səhlənkarlıqda günahlandırılıb, oktyabrın 2-də məhkəmə yekun hökmünü açıqlayacaq", - nəşr yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər