Məşhur uşaq kino ulduzu vəfat etdi

Məşhur uşaq kino ulduzu vəfat etdi
12:26

ABŞ-nin Vermont ştatının Burlinqton şəhərində anadan olan tanınmış uşaq kino ulduzu Sofi Nyuveyd vəfat edib.

News365.az-ın məlumatına görə, aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Yaxınlarının bildirdiyinə görə, onun şəxsi travmaları olub. Buna görə də, intihar etdiyi güman edilir.

2000-ci il iyulun 8-də dünyaya gələn Sofi Nyuveyd altı yaşında aktyorluq karyerasına başlayıb. Onun filmoqrafiyasına səkkiz bədii film, iki qısametrajlı film və “Qanun və Qayda” teleserialının bir epizodu daxildir. İlk rolu meksikalı rejissor Alejandro Monteverdenin “Bella” adlı dram filmində olub.

Aktrisanın ən çox yadda qalan rolları arasında “Bella” filmində baş qəhrəmanın uşaqlıq illərini canlandırması, “Mamont” filmində baş rollardakı cütlüyün qızı və Darren Aronofskinin “Nuh” filmində Noe peyğəmbərin (Russell Crowe) və həyat yoldaşı Naamehin (Jennifer Connelly) kiçik qızını canlandırması yer alır. Sonuncu dəfə kamera qarşısına 2015-ci ildə Françeska Mirabellanın rejissoru olduğu “Yenidən doğuldu” adlı qısametrajlı filmdə çıxıb.


Sizin reklam burada
Sizin reklam burada