Məşhur şirkət İrana uçuşları ləğv etdi

Məşhur şirkət İrana uçuşları ləğv etdi
19 Apr 2024 11:06

Birləşmiş Ərəb Əmirliyinin məşhur aviaşirkəti olan "Flydubai" İran paytaxtındakı hava limanının bağlanması ilə əlaqədar Tehrana uçuşları ləğv edib. Şirkət İrandan Dubaya uçan reysi də dayandırıb. News365.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.

"FZ 1929 reysi aprelin 19-da Tehran hava limanının bağlanması ilə əlaqədar Dubaya qayıdıb. Bu gün İrana uçuşlarımız ləğv edilib", - məlumatda qeyd edilib.

"Flydubai" nümayəndəsi onu da qeyd edib ki, aviadaşıyıcı regionda yaranmış vəziyyətə nəzarəti davam etdirəcək və müvafiq orqanlarla məsləhətləşərək uçuş cədvəlində dəyişikliklər edəcək.

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər