Məşhur iş adamının sonunu ASLAN GƏTİRDİ - DƏHŞƏTLİ HADİSƏ

Məşhur iş adamının sonunu ASLAN GƏTİRDİ - DƏHŞƏTLİ HADİSƏ
03 İyn 2025 11:37

Namibiya çöllərində faciəli hadisə baş verib. Safari düşərgəsində məskunlaşan tanınmış alman iş adamı Bernd Kebbel gecə saatlarında aslanın hücumuna məruz qalaraq faciəvi şəkildə həyatını itirib. Namibiyada safari düşərgəsində məskunlaşan alman iş adamı Bernd Kebbel gecə saatlarında aslan hücumu nəticəsində həyatını itirib.

59 yaşlı Kebbelin ayaqyolundan istifadə etmək üçün düşərgəsinin üstündəki çadırından çıxarkən bir aslanın hədəfində olduğu öyrənilib. Şahidlərin dediyinə görə, aslan Kebbelin boynundan dişləyərək ona ağır xəsarətlər yetirib. Hadisə yerinə yaxın olan şəxslər müdaxilə etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Kebbel aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Namibiya Polisinin sözçüsü İmmanuel İiduva, "insan-vəhşi təbiət münaqişəsi"nin bir hissəsi olaraq faciəli hadisə ilə bağlı rəsmi araşdırmanın başladığını açıqladı. İstintaqın təfərrüatları ilə bağlı ictimaiyyətə hələlik əlavə məlumat verilməyib. Namibiyanın Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyinin sözçüsü Ndeshipanda Hamunyela yerli mediaya Bernd Kebbelin ölümünü təsdiqləyərək, hadisənin bölgədəki turist düşərgələrinin təhlükəsizliyini təmin etmək üçün tədbirlərin qeyri-adekvat olduğunu bir daha vurğuladığını bildirib.

Kebbel təkcə iş adamı kimi deyil, həm də Namibiya səhra aslanlarının qorunmasına verdiyi töhfələrə və təbiətə yönəlmiş layihələrinə görə tanınırdı.



Sizin reklam burada
Sizin reklam burada