Heyvan mənşəli zülal, duzlu qidalar və qazlı içkilərdən çoxlu istifadə böyrəklərin sağlamlığını zəiflədə bilər. Bunu “La Nacion” nəşrinə müsahibəsində məşhur nefroloq Qabriel Lapman deyib.
Mütəxəssisin fikrincə, böyrəkləri zədələnmiş insanlar ilk növbədə qazlı içkilərdən imtina etməlidirlər. O, ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) məlumatlarına istinad edib. Lapman deyib ki, fosfor orqanizm üçün vacib mineral olsa da, o, böyrəklərə zərər verə bilər. Həkim bunun, məsələn, şirin qazlı içkilərə vurulan süni formada ərsəyə gəlmiş fosforlara aid olduğunu söyləyib.
Lapman onu da qeyd edib ki, həddindən artıq ət istehlakı böyrəklərə yük salır. Pəhrizlə ət məhsullarını rasiondan tamamilə çıxarmaq da lazım deyil. Həkim sadəcə az miqdarda yeməyi tövsiyə edir və lazım olduqda bir mütəxəssislə məsləhətləşməyi vacib sayıb.
O, emal olunmuş qidalara, xüsusən də dondurulmuş hazır qidalara və sənaye istehsalı olan hazır yeməklərə xüsusi diqqət yetirib. Bu cür məhsullar çox vaxt konservantlardan və həddindən artıq miqdarda duzdan ibarətdir ki, bu da təkcə böyrəklərə deyil, həm də ürək-damar sisteminə zərərlidir.
Tural