Əməkdar jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında aparıcı Mətanət Əliverdiyeva ilə bağlı paylaşım edib.
News365.az xəbər verir ki, o, Mətanət Əliverdiyevanın ANS ÇM radiosundakı xəbər aparıcılığı dövrünü yüksək qiymətləndirərək onun peşəkar təqdimat tərzini xüsusi qeyd edib.
Azər Rəşidoğlu bildirib ki, aparıcının xəbərləri təqdim etmə bacarığı o qədər güclü olub ki, dinləyici xəbəri “sanki görürdü”.
Bununla yanaşı, o, Mətanət Əliverdiyevanın Xəzər televiziyasında axşam şousundakı aparıcılığını bəyənmədiyini də qeyd edib:
“Onun xəbər oxumaq və hazırlamaq üçün doğulduğunu düşünürəm, onu zorla şou formatına salmaq düzgün deyildi.”
Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
News365.az