Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - VİDEO

Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - VİDEO
13 Apr 2026 13:52

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir.

News365.az-ın məlumatına görə, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.

Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.


Sizin reklam burada
Sizin reklam burada