PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya və “Sent-Etyen”in yarımmüdafiəçisi Zuriko Davitaşvilinin Kandakı evi qarət edilib. Bu barədə X sosial şəbəkəsində Geo Team məlumat yayıb.
Nəşr mənbəsinə istinad edib. Mənbənin sözlərinə görə, qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Oğrular futbolçular və onların ailələri evdə olmayanda evə soxulublar.
Mayın 31-də Kvaratsxeliya Fransa komandasının tərkibində Çempionlar Liqasının qalibi olub. Final matçında Milanın "İnter" klubu ilə qarşılaşan PSJ 5:0 hesabı ilə qalib gəlib. Gürcü futbolçu qol da vurub, o, oyunun 73-cü dəqiqəsində hesabı 4:0-a çatdırıb.
Tural