Məşhur aktyorun həyatından bəhs edən film çəkilir

Məşhur aktyorun həyatından bəhs edən film çəkilir
26 May 2025 17:11

Yeşilçam dövrünün tanınmış aktyoru, Türk kinosunda "pis adam" rolları ilə yadda qalan Erol Taşın həyatı filmə çəkilir.   

News365.az-ın məlumatına görə, bu barədə layihənin prodüseri Mustafa Uslu məlumat verib.  Məşhur prodüser Uslu açıqlamasında bildirib ki, Erol Taşın həyatını ekranlaşdırmağa hazırlaşır: 

 "Erol Taşın qızları və yaxınları ilə görüşdük, razılığa gəldik. Onların da bir xahişi oldu, mən isə bunu məmnuniyyətlə qəbul etdim. Dedilər ki, atamız sağ olsaydı, bu onun ən böyük arzusu olardı. Filmin türkcə çəkilməsi və hər il kinoteatrlarda nümayiş olunması onun arzusu idi", – deyə Uslu bildirib.  Uslu, mərhum aktyorun kinoya olan sevgisindən də söz açıb: 

"Erol Taş türk kinosu üçün canla-başla mübarizə aparıb. Kinoya öz övladlarından belə çox önəm verirdi. Ona görə belə bir qərar verdik – bu film yalnız kinoteatrlarda nümayiş olunacaq. Heç bir rəqəmsal platformada və ya televiziya kanalında yayımlanmayacaq", – deyə o əlavə edib.   

Qeyd edək ki, Erol Taş 1998-ci ildə vəfat edib. O, uzun illər ərzində Türk kinosunda yaratdığı unudulmaz mənfi obrazlarla tamaşaçıların yaddaşında qalıb. 


Sizin reklam burada
Sizin reklam burada