Julia Behbudov ABŞ West Bay Opera Teatrında Cüzeppe Verdinin "Otello" operasında Dezdemona rolunda müvəffəqiyyətlə çıxış edib. İyunun 1-ə qədər tamaşanın dörd dəfə oynanılması nəzərdə tutulub.
İlk tamaşadan sonra Amerikanın məşhur peşəkar teatr saytında /teatreeddys.com/ (teatr burulğanı) böyük məqalə dərc olunub. Tamaşa teatr tənqidçilərinin diqqətini cəlb edib. Julianın çıxışı xüsusi qeyd olunub.
Məqalədə həm də xeyli sayda maraqlı fotolar da dərc olunub.