“Röyanın Kann-a getməyinin kimə zərəri var ?” — VİDEO

“Röyanın Kann-a getməyinin kimə zərəri var ?” — VİDEO
25 May 2025 20:44

Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirakı ilə bağlı tənqidi fikirlər səsləndirənlərə münasibət bildirib.

Xarıbülbül festivalı üçün Şuşaya yollanan xanəndə bunları söyləyib:

“Əzizim Röya xanım, səni Kann Film Festivalında iştirakına görə təbrik edirəm. Bu, bizim musiqimiz, ölkəmiz üçün lazımdır. Sən xalqımızı, musiqimizi təqdim etmisən. Orada hər il ulduzlar çıxış edir. Bu il də bunu sən etmisən. Biz səni dəstəkləyirik, hər zaman uğur səninlə olsun, hər zaman zirvədə olasan! Bir də bir söz demək istəyirəm. Təbii ki, bu film festivalıdır, arzulayardım ki, orada filmlərimiz təqdim olunsun. Bunun günahı kimdədir ki? Bizim rejissorlarımızda, film çəkənlərimizdə. Getsinlər də, aparsınlar, ürəkdən arzulayırıq ki, Kann Film Festivalında aktyorlarımız da, rejissorlarımız da çıxış etsinlər. Röyanın ora getməyinin kimə zərəri var ki?”





Sizin reklam burada
Sizin reklam burada