Merz ABŞ-yə təşəkkür etdi, Rusiya ona SSRİ-ni xatırlatdı

Merz ABŞ-yə təşəkkür etdi, Rusiya ona SSRİ-ni xatırlatdı
10:54

Rusiya Dövlət Dumasının Krımdan olan deputatı, istefada olan general-mayor Leonid İvlev Almaniya kansleri Fridrix Merzə çağırış edib. O, Merzi İkinci Dünya Müharibəsində (1939-1945) faşist Almaniyasının məğlubiyyəti haqqında bəyannamə imzalayan ölkələri xatırlamağa çağırıb. 


Merz iyunun 5-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüb və Almaniyanı nasizmdən azad etdiyinə görə ABŞ-yə təşəkkür edib. Lakin Almaniya kansleri çıxışında SSRİ-nin rolunu qeyd etməyib.


İvlev xatırladıb ki, 5 iyun 1945-ci ildə Berlində SSRİ, Böyük Britaniya, ABŞ hökumətləri və Fransanın müvəqqəti hökuməti tərəfindən Almaniyanın məğlubiyyəti və bu ölkəyə münasibətdə ali hakimiyyəti öz üzərinə götürməsi haqqında Bəyannamə imzalanıb.


Parlamentarinin sözlərinə görə, bu sənədi ilk olaraq Sovet İttifaqının marşalı Georgi Jukov, ardınca isə müttəfiq ölkələrin qoşunlarının digər komandanları imzalayıblar.


ABŞ, Böyük Britaniya və Kanada qüvvələrinin Normandiyada yerləşdirilməsi 6 iyun 1944-cü ildə baş verib. Əməliyyatda 156 min nəfər iştirak edib, ümumi itkilər isə təxminən 10 min nəfər olub. Onlardan 2,5 mini amerikalı hərbçilər idi.

Tural


Sizin reklam burada
Sizin reklam burada