Dəmir yolu xətləri arasında qanunsuz tikinti işləri faktı ilə bağlı cinayət işi başlanıb

Dəmir yolu xətləri arasında qanunsuz tikinti işləri faktı ilə bağlı cinayət işi başlanıb
23 İyl 2025 20:30

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb. 

DİN Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada