“Mən məzuniyyətə çıxarkən özümlə təkcə xatirələri deyil, həm də ümidimi daşıyıram. Əlaqələrimiz bundan sonra da inkişaf edəcək və Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda sülh hökm sürəcək”.
News365.az xəbər verir ki, bu barədə Azərbaycanda diplomatik fəaliyyəti başa çatan İsrail səfiri Corc Dik “X” hesabında bildirib.
O, İsrail səfiri kimi missiyasını başa vurarkən vida söhbəti üçün bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdüyünü bildirib: “Mən ona və XİN komandasına son 6 il ərzində göstərdikləri əməkdaşlığa, etimada və dostluğa görə dərin minnətdarlığımı bildirdim. Bu illər ərzində əlamətdar məqam 2023-cü ildə Azərbaycanın İsraildə Səfirliyinin açılması oldu - bu, tərəfdaşlığımızın artan dərinliyini əks etdirən tarixi addımdır”.
Xatırladaq ki, İsrail bu ilin yanvarında Ronen Krausu Azərbaycana yeni səfir təyin edib.