Cavid Qurbanovun oğlu vəzifəyə təyin olunub

Cavid Qurbanovun oğlu vəzifəyə təyin olunub
23 İyl 2025 23:45

Baş Prokurorluqda yeni təyinat olub.

News365.az xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Şəmşirli Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.


Sizin reklam burada
Sizin reklam burada