Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir
23 İyl 2025 19:00

Türkiyənin Sakarya, Biləcik, Eskişehir, İzmir ve Karabük bölgələrində meşə yanğınları ilə mübarizə davam edir.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Biləcik, Karabük ve Eskişehirdəki yanğınların böyük ölçüdə nəzarət altına alındığını bildirib.

Nazir “bütövlükdə Türkiyə üçün yanğın riskinin çok yüksək olduğu”na dair xəbərdarlıq edib.

Daxili işlər naziri Ali Yerlikaya isə 4-22 iyultarixlərində baş vermiş 61 meşə yanğını ilə əlaqədar 23 nəfərin tutulduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada