Nizami rayonunda oğurluq edən 2 nəfər saxlanılıb

Nizami rayonunda oğurluq edən 2 nəfər saxlanılıb
23 İyl 2025 18:45

Nizami rayonunda oğurluq edən 2 nəfər saxlanılıb.

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib  

Nizami rayonu ərazisində 3 nəfərə məxsus mobil telefonlar, içərisində 1700 manat, kart və sənədlər olan pulqabı oğurlanıb.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Y.Söhbətli müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində qeydə alınan daha bir oğurluq hadisəsi zamanı paytaxt sakini olan bir nəfərə məxsus 950 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə də saxlanılıb.


Faktlarla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada