Meryem Boz da Survivor 2026-ya qatılır - Acundan növbəti sürpriz + FOTO

Meryem Boz da Survivor 2026-ya qatılır - Acundan növbəti sürpriz + FOTO
15:13

Survivor 2026 Ünlüler-All Star yarışması üçün hazırlıqlar davam edir. Proqramın izləyiciləri heyətin tam açıqlanmasını gözlədiyi bir vaxtda, layihənin rəhbəri Acun Ilıcalı daha bir iştirakçının adını açıqlayıb.

News365.az-ın məlumatına görə, Bayhan, Keremcem, Dilan Çıtak, Mert Nobre və Serhan Onatın ardınca milli voleybolçu Meryem Boz da Survivor 2026 Ünlüler & All Star heyətinə qatılıb.

Acun Ilıcalı sosial media hesabında verdiyi açıqlamada bildirib:

“Milli voleybolçumuz Meryem Boz Survivor 2026 Ünlüler & All Star kadrosuna daxil oldu. Əfsanə idmançımıza uğurlar arzulayıram.”

Beləliklə, yarışmanın yeni mövsümü üçün gözlənilən heyət bir qədər də genişlənmiş olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada