Mərhum rejissor Namis Şirməmmədovun xatirəsi anılıb - FOTOLAR

Mərhum rejissor Namis Şirməmmədovun xatirəsi anılıb -  FOTOLAR
23 May 2024 13:36

Sumqayıt Dövlət Dram Teatrında mərhum rejissor, Əməkdar artist Namis Şirməmmədovun xatirəsi anıldı.

Ötən ay həyatdan gedişi ilə teatr aləminə,  dostlarına, əzizlərinə, Sumqayıt Dövlət Dram Teatrının kollektivinə hüzn yaşatmış əməkdar artist  Namis Şirməmmədovun anım günü dəfn olunduğu Sumqayıt məzarlığından başladı.

News365.az xəbər verir ki, teatrın direktoru Samir  Şəfiyev, baş rejissor, Xalq artisti Firudin  Məhərrəmov, Əməkdar artistlər, aktyorlar, texniki heyətdən əməkdaşlar mərhum haqqında ürək sözlərini dedilər, kövrək xatirələri bölüşdülər. Mərhumun məzarı üstünə tər çiçək dəstələri quyuldu, ruhuna dualar oxundu.

Anım günü Namis Şirməmmədovun quruluş verdiyi, dahi Üzeyir bəyin yazdığı "O olmasın, bu olsun" tamaşası ilə davam etdirildi.

Xalq artisti  Firudin Məhərrəmov və Əməkdar artist Nadir Xasıyevin çıxışlarında sənətkarın Sumqayıt teatrına, ümumən Azərbaycan  teatr sənətinə verdiyi töhfədən,  yaddaqalan səhnə əsərlərindən söz açıldı, onun  sənət dostlarının qəlbində əbədi iz buraxdığı söylənildi.

Sonda mərhum rejissorun həyat  yoldaşı Almaz Şirməmmədova  bu  həssas məqamda diqqət və qayğıya görə ailə adından hər kəsə minnətdarlığını bildirdi.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər