“Mənə qalsa parlament seçkilərinin vaxtını dəyişməzdim“- Tahir Kərimli 

“Mənə qalsa parlament seçkilərinin vaxtını dəyişməzdim“-  Tahir Kərimli 
25 Apr 2024 10:14

"Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı ehtimallar var. Qabaqda bələdiyyə seçkiləri, parlament seçkiləri, "COP29", "Formula1" yarışları var. Azərbaycana 78-80 min nəfər, 120-ə yaxın dövlət rəhbərləri gələcək". 

News365.az xəbər verir ki, Bunu deputat Tahir Kərimli TV365 kanalında deyib. 

"Öz milli marağımdan çıxış edirəm ki, mənə qalsa, heç vaxt parlament seçkilərinin vaxtını dəyişmərəm. Beynəlxalq qanunu yox, dövlətimin konstitusiyasını üstün tutardım. Parlamentdə 10-a yaxın deputat yeri boşdur. Həyatını itirənlər, mandatdan məhrum olanlar, vəzifəsini dəyişənlər var. Bunun özü də ciddi faktdır. Parlamentin natamamlığı kimi fikir yarana bilər. İkinci məsələ isə 10 deputatın təmsilçiliyi də var. Mən düşünürəm ki, seçki çox mühümdür, olmalıdır"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər