Məmurun yersiz qasırğa zarafatı ajiotaj yaratdı

Məmurun yersiz qasırğa zarafatı ajiotaj yaratdı
03 İyn 2025 14:15

ABŞ-nin Fövqəladə Hallar üzrə Federal Agentliyinin (FEMA) rəhbəri Devid Riçardson ölkədə qasırğa mövsümünün başladığından xəbərsiz olduğunu bildirib.

"Reuters" agentliyinin yaydığı məlumata görə, onun sözləri hətta FEMA əməkdaşları arasında çaşqınlıq yaradıb.

"İdarə rəisi iclas zamanı bildirib ki, onun ölkəsində qasırğalar mövsümü olmasından xəbəri yoxdur", - deyə agentliyin açıqlamasında bildirilir.

FEMA-nı idarə edən ABŞ Daxili Təhlükəsizlik Departamenti daha sonra ictimaiyyəti əmin edib ki, Riçardson sadəcə zarafat edib. Lakin onun sözləri artıq Senata da çatıb və parlamentin yuxarı palatasındakı demokratların lideri Çak Şumer FEMA rəhbərinin niyə işdən çıxarılmaması ilə maraqlanıb.

Qeyd edək ki, ABŞ-də qasırğalar mövsümü iyundan noyabr ayına qədər davam edir. Sinoptiklər 2025-ci ildə 10-a qədər qasırğanın olacağını gözləyirlər.


Sizin reklam burada
Sizin reklam burada