Məmurun evində "silah dağ"ı aşkarlandı

Məmurun evində "silah dağ"ı aşkarlandı
20 Sen 2024 14:16

Rusiyanın Nijni Novqorod vilayətinin Qorodets şəhərindən olan məmurun evində xeyli sayda silah tapılıb.

Nijni Novqorod portalı NewsNN portalı məlumat yayıb. Yerli media bunu “silah dağı” adlandırıb. Nəşr hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb ki, bu qədər silahın məmurun evində saxlanılması polisləri də şoka salıb.

"Ümumilikdə, Qorodets rayonunun Zemski məclisinin sədri Nikolay Polyakovun əlindən 65 odlu və soyuq silah nümunəsi alınıb. Onların arasında 19-cu əsrə aid tüfənglər, pulemyotlar, qılınclar və xəncərlər də olub. Məmur silah saxlama qaydalarını pozmaqda şübhəli bilinir",- məqalədə yazılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər