Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər. Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edib.
O, yazıb: “Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bunu yazıram. Mən bir sıra yüksək vəzifəli şəxslərə müraciət etdim və onlara öz vəzifə postlarını tərk etmələrini xahiş etdim. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə əvvəllər də söylədiyim kimi sistemli problemlərlə bağlıdır".
O qeyd edib ki, eyni zamanda, adları çəkilən və istefa verən tərəfdaşlarının dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz. "Onlar xahişimi başa düşdüklərinə və ümumi işimizə töhfə verdikləri üçün hər kəsə təşəkkür edirəm”,- Paşiyan yazıb.
Tural