Məktəblərdə yaz tətili başlayır

Məktəblərdə yaz tətili başlayır
29 Apr 2025 20:15

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.


News365.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb.


Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.


Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək


Sizin reklam burada
Sizin reklam burada