Mehriban Xanlarova Mədəniyyət Nazirliyini tənqid atəşinə tutdu

Mehriban Xanlarova Mədəniyyət Nazirliyini tənqid atəşinə tutdu
10:56

Əməkdar artist Mehriban Xanlarova işdən çıxmaqla bağlı ərizə yazıb və bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.

News365.az xəbər verir ki,aktrisa ərizəni işlədiyi teatrın rəhbəri Mehriban Ələkbərzadə ilə aralarında uzun müddətdir ki,yaşanan gərginliyin fonunda yazdığını qeyd edib.Sənətçi paylaşımında mədəniyyət naziri Adil Kərimlinin ünvanına şok ittihamlar səsləndirib.

"Bildirmək istəyirəm ki, mən və digər həmkarlarımın uzun müddət mətbuatda susmağımızın səbəbi vəzifəli şəxslərin bizə verdiyi söz idi: “Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yeni müqavilə imzalanmayacaq. Xahiş edirik, mövzuya qayıtmayın.” Biz də bu sözə inanaraq gözlədik. Lakin məlum oldu ki, Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə, nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yumması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb.

Mən, Respublikanın Əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük Vətən Müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq "AzDrama" üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edirəm. "AzDrama"nın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əməkhaqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür.

Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim.


Sizin reklam burada
Sizin reklam burada