Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var

Masallıda dəhşətli qəza: Ölən və yaralananlar var
12:59

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.Astara rayon sakini, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi "Mercedes" markalı 90-XB-185 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, avtomobildə olan iki sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə yağışlı hava şəraiti sənbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada