Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı keçirilən dinləmələrdə şahidlər gördükləri, o cümlədən idmançının bədəninin vəziyyəti və həyatının son günlərindəki şəraiti ilə bağlı təəssüratlarını bölüşüblər.
Bu barədə TN telekanalı məlumat yayıb. Çərşənbə axşamı məhkəmədə faciə yerinə ilk gələn polis əməkdaşlarının ifadələrini dinlənilib.
Onlardan biri, otağa ilk daxil olan Lukas Farias olub. Farias qeyd edib ki, cəsədi görəndə və onun mərhum futbol əfsanəsi olduğunu biləndə çox sarsılıb. O, Maradonanın qarın nahiyəsinin hədsiz dərəcədə şişdiyini də qeyd edib.
"Onun mədəsi, qarın nahiyəsi çox şişmişdi. Sanki partlayacaqdı",- Farias qeyd edib.
Digər şahid Lukas Borge də cəsədin arzuolunmaz vəziyyətini xatırlayıb. Onun sözlərinə görə, Maradona qara köynək və idman şortu geyinibmiş.
O, həmçinin qeyd edib ki, futbolçunun cəsədi onun ölümündən cəmi 4 saat sonra evdən çıxarılıb.
Tural