Makronun heykəlini oğurlayıb, rus səfirliyinin önünə atdılar

Makronun heykəlini oğurlayıb, rus səfirliyinin önünə atdılar
02 İyn 2025 21:15

Fransa Prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli oğurlanıb.


News365.az Bakupost.az-a istinadla xəbər verir ki, heykəl Parisdə yerləşən Grevin Muzeyindən oğurlanıb.


Şübhəlilərin "Greenpeace" ekoloji təşkilatının üzvləri olduğu bildirilir. Onlar muzeyə girdikdən sonra geyimlərini dəyişdirərək özlərini muzey əməkdaşı kimi göstəriblər. Şübhəlilərin heykəli örtüyə bükərək muzeyin təcili çıxış qapısından çıxardıqları qeyd olunub.


Əsərin dəyəri 40 min avrodur.


“Röyters”in məlumatına görə, etirazçılar heykəli Ukraynadakı müharibəyə baxmayaraq, Fransanın Rusiya ilə ticarət əlaqələrini davam etdirməsinə etiraz olaraq Parisdəki Rusiya səfirliyinin qarşısına yerləşdiriblər.


Sizin reklam burada
Sizin reklam burada