“Liv Bona Dea” dan Nigar Köçərliyə cavab: Biz bütün hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq

“Liv Bona Dea” dan  Nigar Köçərliyə cavab: Biz bütün hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq
15:07

Xəbər verdiyimiz kimi “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtda yerləşən “Liv Bona Dea” xəstəxanasını məhkəməyə verəcəyi ilə bağlı paylaşım edib.

O, bu barədə sosial media hesabında məlumat verib. Bildirib ki, məhkəmədə onun hüquqlarını vəkil Zibeydə Zəkəriyyəyeva müdafiə edəcək.

Məsələ ilə bağlı  “Liv Bona Dea” xəstəxanasından  News365.az- a məlumat daxil olub.

Məlumatda deyilir:

“Son dövrlərdə “Liv Bona Dea Hospital”da əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi Instagram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilmiş və hazırda da bu paylaşımlar davam etdirilməkdədir. Qeyd edilən hallarla bağlı olaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən 31.01.2026 tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınmışdır. Bildirmək istərdik ki, Nigar Köçərli “Liv Bona Dea Hospital” barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmamışdır. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan etmişdir. “Liv Bona Dea Hospital” olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir. Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcəkdir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada