Lavrov Tokayevin ərazi bütövlüyünə dair sözləri ilə razılaşmayıb

Lavrov Tokayevin ərazi bütövlüyünə dair sözləri ilə razılaşmayıb
15 Apr 2025 11:43

Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqət çəkən açıqlama verib.  O, “Kommersant” qəzetinə müsahibəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı dediyi sözlərlə razılaşmayıb.

O, Qazaxıstan liderinin fikrini belə qiymətləndirib ki, "əgər biz yalnız xalqların öz müqəddəratını təyin etmək hüququ ideyasını rəhbər tutsaq, dünyada çoxlu regional münaqişələr baş verəcək". Lavrov qeyd edib ki, Tokayev yalnız dövlətlərin ərazi bütövlüyü hüququnu nəzərə alır.

"Mən onunla razı deyiləm. Biz sonradan qazaxlı dostlarımıza öz mövqeyimizi izah etdik. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona təkrar etdim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, o zaman onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər", - Lavrov deyib.

Nazir vurğulayıb ki, BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyin etmək hüququ da təsbit olunub. Xarici İşlər Nazirliyi rəhbərinin əsas ideyası ondan ibarətdir ki, ərazi bütövlüyü hüququna o dövlətlərdə hörmət edilir ki, onların səlahiyyətləri müəyyən ərazidə yaşayan bütün insanları təmsil edir.

Tural


Sizin reklam burada
Sizin reklam burada