“Kuruluş Osman” dünya trendində

“Kuruluş Osman” dünya trendində
24 Sen 2024 20:34

Dünyanın dörd bir yanında böyük maraqla gözlənilən “Kuruluş Osman” serialının 6-cı sezonuna aid ilk tanıtım, sosial mediada böyük rezonans doğurub. Qısa müddətdə yüz minlərlə bəyənmə və şərh toplayaraq gündəmə oturdu.

İstehsal və layihə dizaynı Mehmet Bozdağa məxsusdur, Ahmet Yılmazın rejissorluq etdiyi, Osman bəy rolunda Burak Özçivitin oynadığı serialın yeni mövsümündən yayımlanan ilk səhnəsində Boran bəy obrazını canlandıran Yiğit Uçanın ifa etdiyi “Yaşa Benim Halkım” mahnısı böyük bəyənmə toplayıb. Osman bəylə Bala Hatunun eyni səhnədə at çapdığı anlar sosial media geniş müzakirələrə səbəb oldu.

Yeni sezon, yenilən hekayə, kadro və prodüksiya ilə izləyicilərin gözləntilərini artırmağa davam edir. Osman Bey və Bala Hatun həsrətlə gözlənilən səhnələri, serialın pərəstişkarlarını həyəcanlandırarkən sosial şəbəkələrdə milyonlarla baxış və minlərlə şərh aldı. “Kuruluş Osman”, aksiyon dolu səhnələri və güclü aktyorlar heyəti ilə bu sezonda da izləyiciləri ekrana yaxın tutacaq.

Quruluş Osman yeni sezonu ilə tezliklə ATV-də olacaq!

İstehsalçı: Bozdağ Film

Layihə Dizaynı: Mehmet Bozdağ

Prodüser: Mehmet Bozdağ

Rejissor: Ahmet Yılmaz

Ssenari: Mehmet Bozdağ, Ayça Mutlugil, Fatma Nur Güldalı, Mahmut Bora Erdem, Mehmet Arı, Özden İnal, Aslı Zeynep Peker Bozdağ

Aktyorlar:

Burak Özçivit (Osman Bəy)

Özge Törer (Bala Hatun)

Emre Bəy (Orhan Bəy)

Ali Sürmeli (Karesi Bəy)

Çağrı Şensoy (Çerkutay)

Yiğit Uçan (Boran)

Ö. Faruk Aran (Alaeddin Bəy)

Özgür Çevik (Lucas)

Leya Kırşan (Fatma Hatun)

Ecem Sena Bayır (Holofira)

Digər aktyorlar arasında: Belgin Şimşek, Buçe Buse Kahram, Ekin Mert Daymaz və daha başqaları yer alır.


 


Youtube kanalımız

Oxşar xəbərlər