6 ayını ruhi xəstəxanada keçirdi, teatrdan ayrılıb insult oldu, həbs olundu

6 ayını ruhi xəstəxanada keçirdi, teatrdan ayrılıb insult oldu, həbs olundu
26 Sen 2024 19:11

Bir adam düsünun. Sənətdən gedən kimi xəstələnib yatağa düşür. İncəsənətlə nəfəs alan bu kəs nəfəssiz qalanda insult keçirib dünyasın dəyişib. Biri var idi. Xalq artisti Baba Mahmudoğlu.

News365.az xalq artisti haqqında maraqlı məlumatları təqdim edir:

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazaxda Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub.

1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi fəaliyyət göstərir.

Elə həmin illərdə Amaliya adlı qızla tanış olub onunla ailə həyatı qurur. Bu evlilikdən iki övladı doğulub. Xanəndə ailəsi ilə birlikdə 16 il bir otaqlı, darısqal mənzildə yaşayıb. Həyat yoldaşı Amaliya xanım xatirələrində deyir:

"Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir".


https://youtu.be/gCAU6XI4TYY?si=wb7wND1uvaha0rLz (00:38-1:17)


Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A. Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək, Seyid Şuşinskinin muğam dərslərində iştirak etmişdi. Həmin vaxt o, Asəf Zeynallı adına Musiqi Məktəbində Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə muğamları öyrənib.

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Mərhum sənətkar öz xatirələrində deyib: "Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum".


https://youtu.be/_7-rbj1HVYc?si=nE7FHPxxGK_cDoXT (00:30-1:00)


1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyıb. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayıb. B. Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. "Dastan" folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış edib və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırıb.

Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnməyib, özünü yuxarı tutmayıb, yolunu azmayib və öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı unutmayıb. Ağır, məşəqqətli 1941-1945-ci müharibə illərində, ondan sonrakı çağları xatırlayıb, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını yaddan çıxarmayıb

1962-ci ildə Niyazi Opera və balet teatrında baş drijor olan zaman qəzetlərdə Məcnun rolu üçün yeni ifaçı axtarışı elan verilib. Baba bu müsabiqəyə qatılıb və 153 nəfər arasından birinci olub. Elə həmin ildən teatrln solistinə çevrilib. 8 il orda təmənnasız çalışıb, baş rollar ifa edib. O, Məcnuun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün altı ay ruhi xəstəxanya gedib, ruhi xəstələrin davranış tərzini öyrənməyə çalışıb.


Tamaşa zamanı obrazı necə ifa edibsə, izləyənlər elə bilib ki. O, həqiqətən də dəli olub. Hətta bir dəfə Məcnun özünü qayadan atan səhnəsində hündürdən atılıb və huşunu itirib. Bir dəfə isə az qalıb orkestrin üstünə düşsün


Reklam


Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alim Həmid Araslı və Əli Fəhmi ilə görüşüb. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək ediblər. Gənc xanəndə Opera Teatrının müşayiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edib, səsini muğam parçalarına uyğunlaşdırıb, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyib. Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edib və çox gözəl nəticə alınıb. Baba əsl Məcnun kimi səhnəyə çıxarılı . 

Baba Mahmudoğulunun qəribə xasiyyətlərindən biri də oxuyarkən gözlərini yumması idi. Bir gün Filarmoniyada konsert vermək üçün məşq etdiyi zaman yenə gözlərini yumub. Musiqiçilər görüb ki, Baba yenə gözlərini yumub, səsini də uzadır, tez alətləri yerə qoyub bayıra çıxıblar. Sən demə, onlar əvvəlcədən öz aralarında danışıblar ki, Baba ifa edəndə durub getsinlər. təsnifə keçəndə gözlərini açıb, baxır ki, otaqda bəstəkardan başqa heç kim yoxdur. Zarafatı başa düşən xanəndə şaqqanaq çəkib gülüb.

Canəli Əkbərov xatirwlwrinin biride deyib.

“Bir dəfə "ezamiyyət vaxtıdır" dedik, bizim kəndimizə getdik. Baba çox aktiv adam idi. Bir yerdə durmurdu. Həyətimizə çatandan az sonra gördük yoxa çıxdı. Arif Babayev dedi ki, əə, bura hara getdi? Evimizin arxasına keçib gördük ki, yoncalıqda uzanıb yatıb. Yonca o qədər hündür idi ki, Baba içində itib-batırdı. Arif dedi ki, sən tut ayağından, mən də başından, bunu yaxınlıqdan keçən kanala ataq. Elə də yatıb daş kimi. Nəysə, bunu qaldırdıq, apardıq kanala tərəf, birdən ayıldı. Başladı bizə yalvarmağa: "Başınıza dönərəm, məni kanala atmayın".

O qədər saf idi ki, o dəqiqə inanmışdı”.


https://youtu.be/w99akJVX0zg?si=ebyKjV5Zj0yZDVIJ (00:59- 1:45)


Əməkdar artist Süleyman Abdullayev müsahibələrinin birində deyir:

"Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, hardan deyirdin ordan cavab verirdi. Dünya klassiklərin əzbər bilirdi. İnanın ki, Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda "Kəllə" deyirdik. O vaxtı hər adamın işi deyildi ki, Füzulini dərindən bilsin. Həyat yoldaşı Amaliya xanım da özü qədər savadlı qadın idi. Sovet höküməti vaxtında kooperativ ev aldığına görə onu həbs etmişdilər. Baba da mənim yaxın dostum idi deyə, tez-tez yanına gedirdim. Bir dəfə də çətin vaxtlarında cibinə yüksək məbləğdə pul qoydurmuşdum. Hər dəfə müsahibələrində onu söyləyirdi ki, "Süleyman Abdullayev kimi sənətkar mənim ən çətin günümdə yanımda olub".


B. Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilib. Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib. Həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B. Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olub. Daha sonra Bakıya qayıdıbr. 2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.


Kamal Hüseynli


Youtube kanalımız

Oxşar xəbərlər