Del Gerani hər kəsi kövrəltdi -"Anam mənə baxıb gileyli səslə dedi ki..."

Del Gerani hər kəsi kövrəltdi -"Anam mənə baxıb gileyli səslə dedi ki..."
24 Sen 2024 22:36

Məşhur yazıçı Şəhriyar Del Gerani yeni yazısı ilə hər kəsi kövrəldib. News365.az xəbər verir ki, sosial media hesabında anasıyla bağlı xatirələrini bölüşən Del Geraniyə çoxlu sayda rəylər yazılıb. Sözügedən postu təqdim edirik:


2011-in payızı

anam yaddaşını itirmişdi,

heç kəsi üzdən tanımırdı.

Pəncərənin o üzündə yağış yağırdı,

mən siqaret çəkmək üçün həyətə düşdüm.


2011-in oktyabrı

soyuq idi,

anam yaddaşını itirmişdi,

heç kəsi üzdən tanımırdı.

Pəncərənin o üzündə yağış yağırdı,

mən siqaret çəkmək üçün həyətə düşmüşdüm

və qayıtmışdım anam olan otağa.


2011, oktyabrın on yeddisi

yağış yağırdı,

son günlər anam yaddaşını itirmişdi,

üzdən tanımırdı heç kəsi;

Mənə baxıb susurdu,

mən də ona susurdum,

biz, bir-birimizə baxıb ucadan susurduq.

Siqaret çəkmək üçün həyətə düşmüş idim,

daha sonra qayıtmış idim anam olan otağa.

…Və qəfildən sükut pozuldu,

mənə baxıb gileyli səslə dedi:

"Noolar, gecələr get o Şəhriyarı yolux, yatanda üstünü açır..."


Youtube kanalımız

Oxşar xəbərlər