Kurskda 200 kiloluq müəmmalı PUA tapıldı - VİDEO

Kurskda 200 kiloluq müəmmalı PUA tapıldı - VİDEO
14 Apr 2025 11:05

Rusiyanın Kursk vilayətinin Qluşkovski rayonunda "Bars-Kursk" dəstəsinin könüllüləri hərbi polislə birlikdə qəribə hərbi texnika aşkarlayıblar. Bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb. Qeyd edilib ki, 200 kq ağırlığında olan bu texnika Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) olub.

Pilotsuz təyyarənin qəzaya uğradığı yer nəzarətə götürülüb və istehkamçılar yaxın vaxtlarda ərazini təmizləməyə başlamalıdırlar.

"Bu, sərhəd bölgələrinə girişi niyə məhdudlaşdırmağımızın aydın izahı və təsviridir. Ölçülərinə görə bu PUA 50 kq-a qədər yük qaldıra və 150 ​​km/saat sürətlə min kilometrə qədər uçmağa qadirdir!" — Xinşteyn Telegram kanalında yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada