TƏBİB Kürdəmirdə baş verən ağır yol qəzasında ölən sürücü ilə bağlı məlumat yayıb.
Saat 13:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) həyat əlamətləri olmadan (ölü vəziyyətdə) gətirilib.
Müayinələr nəticəsində bioloji ölüm halı təsdiqlənib.