Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub
11 Yan 2025 19:20

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 avtomobili ilə "Chevrolet" markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada