Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Qazaxıstana səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, səfər 3–4 dekabr tarixlərində baş tutacaq: "Koşta Aİ-nin Mərkəzi Asiya ilə əməkdaşlığını daha da gücləndirmək məqsədilə Astanaya gedəcək".