Kopatko atəşkəsə zəmanət verə biləcək ölkənin adını açıqladı

Kopatko atəşkəsə zəmanət verə biləcək ölkənin adını açıqladı
06 İyn 2025 11:35

Rusiya atəşkəs üçün irəli sürdüyü tələbləri Ukraynaya deyil, Amerika tərəfinə də təqdim edir. Bu barədə Lenta.ru-ya politoloq Yevgeni Kopatko məlumat verib.


O, qeyd edib ki, Kiyevə təhvil verilən memorandumda Moskvanın hərbi münaqişənin sona çatması ilə bağlı baxışını əks etdirən iki variant var. Birincisi, Ukrayna Silahlı Qüvvələrinin (VSU) dörd regiondan kənara çıxarılmasıdır. İkincisi, Ukrayna hakimiyyətinin səfərbərliyi dayandırması və Qərb ölkələrinin yeni hərbi yardımından imtina etməsi şərti ilə hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulmasıdır.

"Yalnız Qərb buna təminat verə bilər. Yalnız ABŞ Avropaya təzyiq göstərə bilər ki, hərbi tədarükün faktiki olaraq dayanması təmin olunsun", - Kopatko qeyd edib.

Politoloq onu da vurğulayıb ki, Vaşinqton bu şərtlərlə razılaşmaqla deeskalasiya istiqamətində addım ata bilər və Qərb dövlətlərinin açıq hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını ala bilər. Lakin ekspertin fikrincə, indiki mərhələdə bu, mümkün deyil.

"Yardımların dayanmasını təsəvvür edin. Bu, Ukrayna daxilində şok yaradacaq. Hakimiyyət  öhdəsindən gələ bilməyəcəyi daxili böhranlarla üzləşəcək. ABŞ da hələ belə addımlara hazır deyil", - o, yekunlaşdırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada