“Spartak” xokkey klubu xüsusi olaraq onlar üçün istehsal olunmuş saatlarının bir qismini itirib.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb. Telegram kanalının məlumatına görə, oğurlanan saatlar 1,1 milyon rubl qiymətləndirilir. Ümumilikdə klubun loqosu olan 30 qol saatı olub və onlardan 17-si itib.
Mənbənin sözlərinə görə, komandanın köhnə ofisdən yeni ofisə keçməsi zamanı saat Lujniki stadionundakı ofisdən yoxa çıxa bilərdi.
Klub rəhbərliyi bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Tural