Kiyev 50 min müttəfiq əsgər gözləyir - "Financial Times"

Kiyev 50 min müttəfiq əsgər gözləyir - "Financial Times"
10:45

Ukrayna hakimiyyəti belə hesab edir ki, onların müttəfiqləri münaqişənin mümkün həlli çərçivəsində sərhəd təhlükəsizliyini təmin etmək üçün Ukraynaya təxminən 40-50 min əsgər göndərə bilər. Bu barədə "Financial Times" qəzeti mövzu ətrafında aparılan müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna rəsmiləri hesab edir ki, 1000 kilometrlik cəbhə xəttində təhlükəsizlik qüvvələri kimi fəaliyyət göstərəcək 40-50 min əcnəbi hərbçinin fəaliyyəti real görünür”, - nəşr yazır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Ukraynanın Rusiya ilə hərbi münaqişəsi bitdikdən sonra ölkənin təhlükəsizliyini təmin edəcək yüz minlərlə avropalı sülhməramlılara ehtiyacı var.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural