BƏƏ Azərbaycan və Ermənistanın sülh təşəbbüslərini yüksək qiymətləndirir

BƏƏ Azərbaycan və Ermənistanın sülh təşəbbüslərini yüksək qiymətləndirir
18:52

"Azərbaycan Prezidentinə və Paşinyana  “Zayed İnsan Qardaşlığı Mükafatı”nın  verilməsi hər iki tərəfin sülh üçün atdığı addımların yüksək qiymətləndirildiyinə işarədir".  

Bunu News365.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Bunun yeganə səbəb olmadığını  vurğulayan deputat əlavə edib:

"Sülh prosesində hər iki tərəfin gördüyü uğurlu işlərlə yanaşı bu mükafatın verilməsinin digər bir səbəbi də var. Unutmayaq ki, sülhə aparan ikitərfli danışıqların son mərhələləri Birləşmiş Ərəb Əmirliklərində aparılmışdı. Faktiki olaraq tərəflər müqavilənin şərtlərində tam şəkildə Əbu Dabi şəhərində razılığa gəlmişdilər. Bundan sonra Trampın işitrakı ilə sənədin imzalanması və faktiki təsdiqi Vaşinqtonda baş vermişdi. Həm bu amil həm də Azərbaycan və BƏƏ arasında inkişaf edən münasibətlər də bu mükafatın verilməsinin səbəblərindəndir".


Sizin reklam burada
Sizin reklam burada